- Hakkımızda
- TYB Ödülleri
- Genç Yazarlar Kurultayı
- Kitaplık
- Ahlâk Şûrası
- Yazar Okulu
- Mehmet Âkif Ersoy
- Türkçe Şûrası
- Milletlerarası Şehir Tarihi Yazarları Kongresi
- Yayınlar
- Söyleşi
- Şube Haberleri
- Salgın Edebiyatı
- Haberler
- Şiir Şölenleri
- Mesnevi Okumaları
- Kültür & Sanat Haberleri
- Kültür Kervanı
- Kırklar Meclisi
- Duyurular
- Biyografiler
NƏCİB FAZİL VƏ ÖTƏKİLƏR - YAZIÇI ANAR YAZIR
14 Aralık 2023 Perşembe 10:30
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
"Söz dünyası"nın beşinci cildini çapa hazırlayıram. Bu cildə Abaydan Çingiz Aytmatova, Abdulla Tükaydan Nəcib Fazil Qısakürəyə qədər türk dünyasının, Türkiyənin məşhur yazıçıları haqqında otuza qədər yazım daxildir. Onların bir qismi əvvəllərdə yazılıb, bir qismi özəlliklə bu cild üçün qələmə alınıb. Yeni yazılardan birini oxuculara təqdim edirəm.
Nəcib Fazil Qısakürək (1905 -1983) türk ədəbiyyatına - şeirinə, dramaturgiyasına, fikir aləminə dəyərli töhfələr vermiş böyük sənətkardır. İstanbulda dünyaya gələn Nəcib Fazil ilk və orta təhsilini ingilis və fransız kolleclərində almış, daha sonra Bəhriyyə məktəbində, Darülfünunun fəlsəfə şöbəsində, bir il Parisdə Sorbonna universitetində fəlsəfə fakültəsində oxumuşdur. Vətənə qayıtdıqda müxtəlif banklarda işləmiş, qəzetlərdə köşə yazıları yazmışdır. 1936-cı ildə "Ağac", 1944-cü ildə "Böyük doğu" dərgilərini çıxarmışdır. 1928-ci ildə nəşr olunan "Qaldırımlar" ("Səkilər") şeir kitabı Nəcib Fazili şair kimi geniş tanıdır. 1932-ci ildə çıxan "Ben və ötesi" ("Mən və başqaları") kitabı şairin şöhrətini daha da artırır. N.F.Qısakürəyi çağdaş türk ədəbiyyatının aparıcı simalarından biri kimi təsdiq edir. O dövrün görkəmli ədəbi simalarından Ziya Osman Səba deyir: "Nəcib Fazil bəlkə də ən böyük türk şairi deyildir, fəqət türk ədəbiyyatında ən qüvvətli şeir kitabı hər halda "Ben və ötəsi"dir".
Onu da deyim ki, Nəcib Fazil siyasi baxışları ucbatından 1946-cı ildən 1970-ci illərə qədər çox dəfə həbs olunub, məhbəslərdə yatıb.
N.F.Qısakürəyə bir çox dəyərli yazılar həsr etmiş görkəmli türk ədəbiyyatşünası Əhməd Kabaklı qeyd edir ki, şair gənclik illərində bohema (rind) həyatı yaşamışdır. Mənəvi təkamülünün sonrakı mərhələlərində Nəcib Fazil yaradıcılığında və fəlsəfi baxışlarında daha çox dini mövqedən çıxış edir. Yunis İmrə heyranı olan şairin yaradıcılığında təsəffüv dünyagörüşünün təsiri açıq aydın görünür. Bütün şeirlərini ancaq heca vəznində yazan Nəcib Fazilin yaradıcılığı bədii cəhətdən Yunis İmrə poeziyasının XX əsrdə davamı sayıla bilər. Fərq ondadır ki, Nəcib Fazil yeni dövrün, yeni uyqarlığın (sivilizasiyanın) evladıdır, yalnız Şərq deyil, Qərb ədəbiyyatı haqqında da ətraflı bilgiləri var.
Şəhərli Nəcib Fazil şəhər şairidir, amma İstanbulu dinləyən, doğma şəhərini gözləri qarşısında səsləriylə canlandıran Orxan Vəlidən fərqli olaraq, Nəcib Fazilin şəhəri mistik, sirli-sehirli bir aləmdir. Şairin şəhəri Gündüz yox, Gecə şəhəridir. Adamın ətini ürpərdən, kimsəsiz, vahiməli bir məkan. Bu şəhərin sokaklarına (küçələrinə), qaldırımlarına (səkilərinə), otel odalarına mistik bir ruh hakimdir, İnsan bu çevrədə tənha və çarəsizdir. Yalqızlığını yalnız qaldırımlarla, sokaklarla bölüşə bilir, çünki şairə görə səkilər, küçələr canlı varlıqlardır.
Sokakdayam kimsəsiz bir sokak ortasında
Yürüyorum arxama baxmadan yürüyorum
Yolumun qaranlığa qarışan nöqtəsində
Sanki məni bəkləyən bir xəyal görüyorum.
Qara göylər kül rəngli buludlarla qapanıq
Evlərin baxçasını qollayır ildırımlar
Bu gecə yarısında iki kişi oyaqdır
Biri mənəm, o biri də uzanan qaldırımlar
İçimdə damla-damla bir qorxu birikiyor
Sanıyorum hər sokak başını kəsmiş divlər
Simsiyah camlarını üzərimə tikiyor
Gözləri çıxarılmış bir ana kimi evlər
Qaldırımlar iztirab çəkənlərin annəsi
Qaldırımlar içimdə yaşamış bir insandır
Nə işıqda gəzəyim, nə gözə görünəyim
Gündüzlər sizə qalsın, verin qaranlıqları
Nə qaldırımlar qədər səni anlayan olur,
Nə sənin anladığın qədər qaldırımları...
Devamı: https://525.az/news/236204-necib-fazilve-otekiler--yazici-anar-yazir
- Geri
- Ana Sayfa
- Normal Görünüm
- © 2012 Türkiye Yazarlar Birliği
Türkçe karakter kullanılmayan ve büyük harflerle yazılmış yorumlar onaylanmamaktadır.