• İstanbul 9 °C
  • Ankara 8 °C
  • İzmir 16 °C
  • Konya 10 °C
  • Sakarya 9 °C
  • Şanlıurfa 14 °C
  • Trabzon 11 °C
  • Gaziantep 14 °C
  • Bolu 4 °C
  • Bursa 11 °C

Günəş kimi DOĞAN, ay kimi batan…

Günəş kimi DOĞAN, ay kimi batan…
(21 eylüldə Türkiyə Yazarlar Birliyinin şərəf başqanı D. Mehmet Doğanın vəfatının qırxıncı günü tamam oldu)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

“Qara xəbər tez duyulur”... – Duyduq ki, Türkiyə Yazarlar Birliyinin qurucusu və şərəf başqanı Mehmet Doğan haqqın rəhmətinə qovuşub... 

Bu xəbər Türkiyədə olduğu kimi, anındaca Azərbaycanda (Türk ölkə və topluluqlarında) da kədərlə qarşılandı. – Duyanları –  yazarları, aydınları, Türk dünyası ədəbiyyatı, ortaq mədəni mirası ilə ilgilənən insanları qəhər boğdu. İlk baxışda təzadlı görünür: həm “haqqın rəhmətinə qovuşdu” deyirik, həm “qara xəbər” deyirik, kədər bölüşürük,... – Haqqın rəhməti böyük nemətdir, Tanrının öz lütfüdür, əlbəttə; əlbəttə, haqqın rəhmətini sorğulamırıq... Bununla belə, bilirik ki, bu, mütəfəkkir türk yazarını, aydın insanı Yer üzündə bir daha görməyəcəyik... Biz bir də onunla canlı ünsiyyətdə olmayacaq, üz-üzə gəlməyəcək, dərdləşə, uğurlaşa bilməyəcəyik... Bu isə kədərvericidir, üzücüdür, əlbəttə. Əlbəttə, kainatın ruhunu, yaradılışın fəlsəfəsini idrak edirik, digər yandan gerçəkliklərlə kolay-kolay barışa bilmirik...

Bəli, torpağın üzü soyuqdur,

Bəli, bir gün yaranan bir gün ölür,

Bəli, hamımız gedəryiyik... Ancaq könül ağlın, ürək beynin komandasını elə kolay-kolay qəbul etmir axı... Axı ölümü rahat sinirmək olmur...

Bəs nədir bizi ayaqda tutan, bizə dözüm verən?

Biz əbədi itirdiyimiz insanın (bu yazıya görə, D. Mehmet Doğanın (1947 – 11.08.2024)) ədəbiyyata, əbədiyyətə uğurladığı əməllərindən təsəlli tapırıq. Təsəlli sözünü, o sözün ifadə etdiyi anlamları yaradanlar rəhməti bu dünyada və əbədiyyən qazanıb. Təsəlli aramaq, təsəlli bulmaq özü də bir nemətdir. Biz bu neməti fiziki doğmalarımızı itirəndə bulmağa çalışdığımız kimi, mənəvi doğmalarımızı itirincə də, o dayağa ehtiyacımız olur. İnsanoğlu yalnız dirilik suyu axtarmaz ki... Türkoğlu “Ara, bul” öyüdünü unutmayıb ki... Təsəlli də aranır, bulunur...

Sevinci bölüşüb çoxaltdığımız kimi, kədəri də bölüşüb azaldırıq...

İnsan itkisi həmişə qeyri-adidir,

hər ölüm sanki ilk ölümdür,

həm də, bir anlığa elə inanırıq, elə inanırıq ki, bax, bu, nəhayət son ölümdür... Ancaq o nə “ilk”dir, nə də “son”... İlkdən Sona gedən “uzun, incə bir yoldayıq” hamımız... Mehmet Doğan xoca da o yola çıxdı, o yolda yürüdü, o yolla dünyadan köçdü... İşıqlı xatirələri qaldı, yazdıqları, əməlləri qaldı...   

Mehmet Doğan xoca yalnız yaradıcılığı, araşdırmaları ilə deyil, quruculuğu, ideyaları ilə seçilən bir Türk aydını idi.

Türkiyə Yazarlar Birliyi,

Türkcənin Şeir Şöləni deyincə, ağla ilk onun adı gəlir.

Ustadın adının yanında Türk dünyası yazınca daha yaraşıqlı, daha uyğun olur, sanıram. İstər təkcə adını yaz, istər bütün görəvlərini, titullarını – eyni mədəniyyət iqliminin ilıq əsintisini hiss edəcək, eyni ruha köklənmiş olacağıq.

Mən doğulan (1973) il, ustad Doğan artıq Türk Tarix Qurumu Yeni Türkiyə Araşdırma Mərkəzində çalışırdı. Anadolunun ünlü “7-dən 77-yə” deyimi var ha, bax, ustad Mehmet Doğan da, özünün 77-sinədək Türk-İslam adına, ədəbiyyatın əzəli-əbədi mövzuları adına, insanlıq adına, mədəniyyət-sənət adına öyrəndi, araşdırdı, öyrətdi, yazdı-yaratdı, qurdu, bəslədi, böyütdü...

Bəli, o, üfüqötəsinə çağıran üfüqügeniş bir aydınıydı. O, bəşəri duyğulara biganə deyildi, başqalarının yaratdıqlarına sayğduyarlğı yüksək səviyyədə bacarırdı; ancaq Türk-İslam kimliyinin, öz dədələrimizin yaratdıqlarının gözardı edilə bilməyəcəyini də yüksək səslə söyləyirdi. –  “Yüksək səslə söyləyirdi” deyərkən, mən onu heç zaman səsinin tonunu qaldıran görmədim, kübar gördüm, bir türk aydını necə ola bilərsə, elə gördüm; bununla belə, əsərləri ilə dirənişçiydi, qələmi ilə hayqırırdı, kitabları ilə şərə-şəbədəyə qarşı divar hörürdü Mehmet Doğan... “Böyük Türkcə Sözlük”, “Batılılaşma xəyanəti”, “Dil, Kültür, Yabançılaşma”, “Camidəki şair: Mehmet Akif”, “Kültürəl savaş və savaş kültürü”, “Türk kimliyinin coğrafyaları”, “Mehmet Akif: Çanaqqaladan Sakaryaya”, “Söz okeanında yolçuluq”... – Bunlar onun qələmindən çıxan əsərlərdən yalnız bir bölümüdür. Məmnunluqla bildirim, bu kitablardan (öz imzası ilə) mənim kitabxanamda da var.

Ustadla Türkcənin Şeir Şölənlərində - Türkistanda, Tatarıstanda, Balkanlarda... dərdləşmək, uğurlaşmaq, kitablaşmaq imkanım olub. Bundan sonra isə adını, ruhunu anacağıq.

Əsərləri yaşadacaq onu.

Ruhuna sayğılar!

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

https://www.edebiyyatveincesenet.az/index.php/az/tuerksoy/item/17303-zhunaesh-kimi-doghan-ay-kimi-batan

 
 
 
Bu haber toplam 244 defa okunmuştur
Etiketler:
  • Yorumlar 0
    UYARI: Küfür, hakaret, rencide edici cümleler veya imalar, inançlara saldırı içeren, imla kuralları ile yazılmamış,
    Türkçe karakter kullanılmayan ve büyük harflerle yazılmış yorumlar onaylanmamaktadır.
    Bu habere henüz yorum eklenmemiştir.
Diğer Haberler
Tüm Hakları Saklıdır © 2012 Türkiye Yazarlar Birliği | İzinsiz ve kaynak gösterilmeden yayınlanamaz. Sitede yayınlanan yazıların sorumluluğu yazarlarına aittir.
Tel : 0312 232 05 71 - 72 | Faks : 0312 232 05 71-72 | Haber Scripti: CM Bilişim